TÖVSİYƏ XƏBƏRLƏR

Qarlı havadan sui-istifadə edən narkokuryer saxlanılıb

Kəskin hava və relyef şəraitindən istifadə etməklə ölkə ərazisinə qeyri-leqal yollarla külli miqdarda narkotik vasitə keçirən mütəşəkkil cinayətkar dəstənin daha bir üzvü saxlanılıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 11 yanvar tarixində məlumat verir.

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi Yardımlı rayon sakini Vüsal Vəliyevi saxlayıb. Onun sərnişin kimi əyləşdiyi avtomobildən ümumilikdə 24 kiloqram, o cümlədən 16 kiloqram heroin, 2 kiloqram tiryək və 6 kiloqram marixuana aşkar olunub.

İlkin sorğu zamanı Vüsal Vəliyev narkotik vasitələri sosial şəbəkələrin birində tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan “Nehmət” adlı İran vətəndaşından əldə etdiyini bildirib.

Müəyyən edilib ki, saxlanılan şəxs yaşadığı Yardımlı rayonunun Mirimli kəndinin mürəkkəb relyef və qarlı hava şəraitindən istifadə edərək külli miqdarda narkotiki qaçaqmalçılıq yolu ilə əldə edib.

Onun əsas niyyəti isə narkotik vasitələrin paytaxt ərazisində satışını təşkil etməklə bərabər, həm də bu vasitələri şəxsiyyətləri istintaqla araşdırılan dəstənin digər üzvlərinin köməkliyi ilə Avropa ölkələrinə göndərmək olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Vüsal Vəliyev barəsində həbs qətimkan tədbiri seçilib.

Qarlı havadan sui-istifadə edən narkokuryer saxlanılıb
Foto DİN

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx