İntensiv yağıntılar nəticəsində Qax rayonunun Qaşqaçay və Armudlu kəndlərini birləşdirən, Qaşqaçay üzərində yerləşən və səhər saatlarında sel sularının yuyaraq dağıtdığı suötürücü borular bərpa olunub.
Bu barədə İnsanoid Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bu gün, 7 iyun tarixində məlumat verir.
Həyata keçirilən tədbirlər nəticəsində qısa müddət ərzində iki kənd arasında avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.
Gələcəkdə bu kimi hadisələrin baş verməsinin qarşısını almaq məqsədilə hazırda üzərində 2 aşırımlı və 36 metr uzunluğa malik yeni avtomobil körpüsü inşa edilir.
Ümumilikdə baş vermiş təbii fəlakət nəticəsində respublikanın şimal-qərb bölgəsində yol infrastrukturuna və yol qurğularına ciddi ziyan dəyib.