TÖVSİYƏ XƏBƏRLƏR

Qatar 26 yaşlı gənci və yanındakı azyaşlını vurub

Şirvan şəhərində qatar iki nəfəri vurub. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 2 noyabr tarixində xəbər verir.

26 yaşlı şəhər sakini Rəhimə Babayeva və yanındakı azyaşlı uşaq dəmir yolunu keçərkən onları qatar vurub.

Qəza nəticəsində qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Uşaq isə heç bir xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.