Qaxda avtomobil traktorla toqquşub. Bu barədə 1 noyabr tarixində Report məlumat verib.
Belə ki, noyabrın 1-i saat 05 radələrində Qax şəhəri ərazisində Səbuhi Poladovun idarə etdiyi “Niva” markalı avtomobil yolun kənarında dayanan traktorun qoşqusuna çarpılaraq aşıb.
Nəticədə “Niva” markalı avtomobildəki sərnişin, 1975-ci il təvəllüdlü Qax şəhər sakini Qocayev Coşqun Oktay oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.