TÖVSİYƏ XƏBƏRLƏR

Qax: fındıq bağlarında məhsul yığımına başlanılıb

Qaxda fındığın tezyetişən sortlarının yığımına başlanılıb. Bu barədə avqustun 3-də Azərtac məlumat verib.

Son illərdə rayonda 3 min hektardan çox ərazidə yeni fındıq bağları salınıb. Hazırda fındıq bağlarının ümumi sahəsi 10 min hektardan çoxdur.

Qeyd edək ki, fermerlərə bağın hər hektarına görə 250 manat subsidiya ödənilir.

2021-ci ildə Qaxda 5 min ton məhsul tədarük olunub. Əvvəlki ilə nisbətən bu göstərici 2,1 min ton çox olub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx