Qax: qadın sərxoş kişi tərəfindən döyülərək təcavüzə məruz qalıb

2 avqust tarixində Qaxın Turaclı kəndində 55 yaşlı tək qadın 50 yaşlı sərxoş qonşusu tərəfindən təcavüzə məruz qalıb.

Bu barədə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri avqustun 5-də xəbər verib.

Zərərçəkmiş xəstəxənaya yerləşdirilib. Hazırda vəziyyəti normaldır və artıq öz evindədir. Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, komitə qadına psixoloji yardım göstərəcək.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs həbs olunub.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda 2020-ci ildə 26 mindən çox cinayət qeydə alınıb. Onlardan zorlama və zorlamaya cəhdlərin sayı 21 təşkil edir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx