TÖVSİYƏ XƏBƏRLƏR

Qax rayonunda KOB dostu açılır

Qax rayonunda KOB dostu açılır. Bu haqda iyulun 22-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.

Sözügedən ofis rayonun Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək.

Bu, Şəki-Zaqatala iqtisadi rayonu üzrə sayca 4-cü KOB dostudur. Hazırda KOB dostları ölkənin 35 şəhər və rayonunda fəaliyyət göstərir.

KOB dostu yeni sahibkarlıq subyektlərinin yaranmasına, mövcud KOB-ların inkişafına dövlət dəstəyini təmin edir. KOB dostlarının fəaliyyətinin digər önəmli istiqaməti KOB-ların hüquqlarının müdafiəsidir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx