Qaxda 5 narkotacir saxlanılıb

Qaxda 5 narkotacir saxlanılıb

Qax rayonunda narkotik vasitələrin satışı, saxlanılması və daşınmasında şübhəli bilinən 5 nəfər tutulub. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 20 yanvar tarixində məlumat verir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər Balakən və Zaqatala rayon sakini- Elşad Atakişiyev, Tural Məmmədov, Nadir Cumaliyev və Elnur Tağıyev saxlanılıb. Şəxsi axtarış zamanı onlardan heroin aşkar edilərək maddi sübut kimi götürülüb.

Əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub ki, həmin şəxslər narkotik vasitəni Qax rayon sakini Vüqar Osmanovdan alıblar.

Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 4 dəfə məhkum olunmuş Vüqar Osmanov da şübhəli şəxs qismində saxlanılıb.

Onun yaşadığı ünvana baxış zamanı oradan külli miqdarda heroin, metamfetamin, narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi, eləcə də digər maddi sübutlar aşkarlanaraq götürülüb. Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Qaxda 5 narkotacir saxlanılıb
Foto DİN
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx