TÖVSİYƏ XƏBƏRLƏR

Qaxda qanunsuz ov edən şəxs saxlanılıb

Yanvarın 21-də Qaxın İlisu kəndində qanunsuz ov edən Yevlax rayon sakini saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

Məlumata əsasən, onun idarə etdiyi “Niva” markalı avtomobil meşə istiqamətindən gələrkən nəzarət qaydasında saxlanılıb. Avtomobildən qanunla ovlanması qadağan edilən bir baş cüyürün kəlləsi və ayaqları, ov əti, eləcə də “İJ” markalı tüfəng aşkarlanıb.

Faktla bağlı araşdırma davam edir.