Qaxda avtomobil qəzası baş verib. Bu barədə 14 sentyabr tarixində Report xəbər verib.
Rayonun İngiloy Kötüklü kənd sakini, 32 yaşlı Romani Okrocanaşvilinin idarə etdiyi “Mercedes” markalı avtomobil Qıpçaq kəndi istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb və ağaca çarpılıb.
Nəticədə avtomobildə olan 3 sərnişin xəsarət alıb.