Qaxda yük avtomobili sel nəticəsində çayda batıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən bu gün, 7 iyun tarixində məlumat verir.
“Qazel” markalı yük avtomobili Əmircan çayını keçərkən qəflətən sel gəlməsi nəticəsində çayda batıb və avtomobilin sürücüsü təhlükəli vəziyyətdə qalıb.
Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə təhlükəli vəziyyətdə qalmış 37 yaşlı Famil Yahyayevi çaydan çıxararaq xilas ediblər.