Qax rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 19 sentyabr tarixində xəbər verir.
Yol-nəqliyyat hadisəsi ötən gün axşam saatlarında Qax-İlisu avtomobil yolunun rayonun Qaxbaş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“VAZ-2107” və “QAZ-24” markalı avtomobillərin toqquşması nəticəsində 24 yaşlı Vetxviya Mirzəyev və 41 yaşlı Mamuka Qulaşvili xəsarət alıblar.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.