Qazax sakinindən 47 ədəd ümumi çəkisi 5 kiloqramdan çox olan çətənə kolları aşkar edilərək götürülüb. Bu haqda iyulun 7-də Trend xəbər verib.
Məlum olub ki, Canallı kənd sakini Aslan Qocayev kannabis bitkilərinə özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edib.
Həmçinin sözügedən şəxsdən 255 qram çəkidə qurudulmuş marixuana da tapılıb.
Faktla bağlı araşdırma davam edir.