Qazax rayonunda həftə ərzində 4 nəfər rayon sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibirli, yivli və yivsiz ov silahlarını polisə könüllü təhvil veriblər. Bu barədə 11 noyabr tarixində APA Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Həmin silahlar müvafiq ekspertizaya təqdim edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.