Qazaxıstan Aktau/Kurık-Bakı-Tbilisi-Qars marşrutu üzrə yüklərin göndərilməsi üçün tərəfdaşlarla sazişlər üzərində işləyir. Bu barədə 8 mart tarixində Qazaxıstanın sənaye və infrastruktur inkişafı naziri Kairbek Uskenbayevə istinadən Trend məlumat verib.
Məlumata əsasən, hazırda sözügedən marşrut üzrə yükdaşıma istiqamətində tərəfdaşlarla müqavilələr hazırlanır. Nazirin sözlərinə görə, tarif məsələləri də öz həllini tapır.