TÖVSİYƏ XƏBƏRLƏR

Qazaxda dörd aylıq hamilə qadın dünyasını dəyişdi – FOTO

Qazaxda dörd aylıq hamilə qadın dünyasını dəyişib. Bu barədə İnsanoid Oxu.az-a istinadən bu gün, 13 noyabr tarixində xəbər verir.

Rayonun Daş Salahlı kənd sakini, 31 yaşlı Mələk Yusifli əkiz uşaqlara hamilə olub.

Qadının səhhətində problem yaranıb, həkimə müraciət etdikdə hər iki uşağın inkişafdan qaldığı məlum olub.

Hamilə qadın Bakıya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qadının 10 ildir övlad həsrəti çəkdiyi, süni mayalanma ilə hamilə qaldığı bildirilib.