qəza

Qazaxda minik maşını aşıb, iki piyada xəsarət alıb

Qazaxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə 24 yanvar tarixində APA məlumat verib.

Hadisə rayonun Alpout kəndində qeydə alınıb. Hərəkətdə olan minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Bu zaman aşan minik maşını yolun kənarında dayanan, hər ikisi 1998-ci il təvəllüdlü Mikayıl Aslanova və Fərhad Nəsibova dəyib.

Hər iki piyada xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx