TÖVSİYƏ XƏBƏRLƏR

Qazaxda mübahisə zəminində avtomobilə odlu silahdan atəş açılıb

Qazaxda mübahisə zəminində avtomobilə atəş açılıb. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 18 noyabr tarixində xəbər verir.

Qazaxın Birinci Şıxlı kəndi ərazisində odlu silahdan atəş açılıb.

Polis əməkdaşları hadisə yerinə gələrək, araşdırmalar aparıblar. İlkin araşdırmalar zamanı məlum olub ki, rayonun Birinci Şıxlı kənd sakini, 42 yaşlı Ülfət Mustafayevin əyləşdiyi VAZ markalı avtomobilə odlu silahdan 2 dəfə atəş açılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.

Hadisəni törətməkdə 45 yaşlı Birinci Şıxlı kənd sakini Elşən Yusifov şübhəli bilinir.

Hazırda şübhəli şəxsin yerinin müəyyən edilməsi və istintaqa təhvil verilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.