TÖVSİYƏ XƏBƏRLƏR

Qazaxıstan mətbuatı Astanada Fransa səfirliyinin qarşısında keçirilən aksiyanı işıqlandırıb

Qazaxıstan mətbuatı bu gün, oktyabrın 26-da Astanada Fransa səfirliyinin qarşısında keçirilən aksiyanı işıqlandırıb.

Bu haqda KZnews, Adaspa saytları, Өмір жайлы, Ashat Ahmediyar, ДІН ӘЛЕМІ VK kanalları, Қызықтың көкесі – ҚуырдақAdam Aranovski Facebook səhifələri sözügedən aksiya haqda məlumatı paylaşıblar. Onlar, həmçinin Azərbaycan vətəndaşlarının Fransa Senatına qarşı hazırladığı petisiya haqda da paylaşım ediblər.

Bu petisiya 11 oktyabr tarixində Fransanın Mesopinions.com saytında yerləşdirilib. Oktyabrın 26-sı, səsvermənin ikinci həftəsində petisiyanı imzalayanların sayı artıq 41.000-i keçib. Bu təşəbbüsü dəstəkləyənlər tək Azərbaycanda yaşayanlar yox, həmçinin İranda yaşayan  azərbaycanlılardır.

Qeyd edək ki, bu gün Azərbaycan Diasporunun fəalları Astanada, Fransa səfirliyinin qarşısında aksiya keçiriblər. Aksiya iştirakçıları əllərində iki il əvvəl İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın raket atəşinə məruz qalması nəticəsində həlak olan uşaqların şəkillərini tutublar. Nümayiş olunan transparantlarda “Fransa azərbaycanlı uşaqların ölümünə etinasız yanaşır”, “Gəncədə həlak olan uşaqlarla bağlı sanksiyalar tətbiq edin” kimi yazılar qeyd olunub.

Petisiyanın Azərbaycan dilində imzalanma qaydası

Petisiyanın rus dilində imzalanma qaydası

Petisiyanın türk dilində imzalanma qaydası

Bu postun linkini qohumlarınız, dostlarınız və tanışlarınız arasında yayın. Birlikdə biz – qüvvəyik!

Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:

#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx