Qazaxıstanda Karaqanda daş kömür şaxtasında baş verən qəzanın qurbanlarının xatirəsinin yad edilməsi üçün oktyabrın 29-u matəm elan olunub. Bu barədə İnsanoid Qazaxıstan KİV-lərinə istinadən bu gün, 28 oktyabr tarixində xəbər verir.
Dövlət başçısı Kasım-Jomart Tokayev matəmlə bağlı Sərəncam imzalayıb. O, həmçinin hadisə yerinə gedib.
Karaqandada yerləşən daş kömür şaxtasında metan qazının partlaması zamanı baş verən yanğınla bağlı indiyədək 21 işçinin meyiti aşkarlanaraq çıxarılıb, daha 23 nəfər isə orada qalıb.
Hadisə zamanı şaxtada 252 nəfərdən 208-i təxliyə edilib.