TÖVSİYƏ XƏBƏRLƏR

Qazaxıstanda məktəblilər arasında kütləvi zəhərlənmə olub

Qazaxıstanda olimpiadada istedadlı məktəblilər arasında kütləvi zəhərlənmə baş verib. Bu haqda 24 mart tarixində Oxu.az məlumat verib.

Riyaziyyat fənni üzrə keçirilən yarış Çimkənd şəhərində təşkil olunub. Burada 900-dən çox uşaq iştirak edib. Onlardan 12-si xəstəxanaya yerləşdirilib.

“Günün sonuna qədər olimpiadanın 904 iştirakçısından 12-də qızdırma, mədə-bağırsaq traktının disfunksiyası ilə bağlı nasazlıq əlamətləri yaranıb”, – ölkənin Təhsil Nazirliyindən bildirilib.

Hazırda həkimlər zərərçəkənlərə nəzarət edirlər. Onlar zəhərlənmənin səbəbini müəyyənləşdirirlər.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx