Qazinin 4 yaşlı qızı geyim və oyuncaqlarını türkiyəli uşaqlara bağışladı. Bununla bağlı 7 fevral tarixində qazi Abbasəli Tarverdiyev İnstagram sosial şəbəkəsində paylaşım edib.
Türkiyədə baş verən zəlzələdə zərər çəkənlərə kömək etmək məqsədilə qazimiz Abbasəli Tarverdiyevin 4 yaşlı qızı Sevil Tarverdiyeva öz geyim və oyuncaqlarını zərərçəkən uşaqlara bağışlayıb.
“Mən deməmişdən yığıb özünün balaca paltarlarını Türkiyədə evsiz-eşiksiz qalan balaca dostlarına. Bu dünyada ən gözəl şey qarşılıq gözləmədən edilən mərhəmətdir”, – paylaşımda deyilir.
View this post on Instagram