TÖVSİYƏ XƏBƏRLƏR

Qızılağac Milli Parkında “Flaminqo Festivalı” başlayıb

Qızılağac Milli Parkında “Flaminqo Festivalı” başlayıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 21 noyabr tarixində xəbər verir.

İlk dəfə təşkil olunan “Flaminqo Festivalı” axşam saatlarınadək davam edəcək.

Festival ərazisində Azərbaycanda fəaliyyət göstərən milli parkların stendləri qurulub. İştirakçıların hər birinə festivalın loqosu əks olunan döş nişanları və papaqlar paylanılıb.

Stendlərlə tanış olan iştirakçıların balıqartırma zavodu tərəfindən yetişdirilən müxtəlif növ balıqların olduğu böyük akvariumu izləmə imkanı olacaq. Festival çərçivəsində “Qırmızı Kitab”ın 3-cü nəşrinin təqdimatı, ekoviktorinanın keçirilməsi, canlı olaraq 12 ədəd Turac quşunun milli parka buraxılması planlaşdırılır.

Festivalın yaddaqalan olması üçün iştirakçılara parkın girişində olan göldə flaminqo və digər nadir su quşları nümayiş olunacaq, tədbir boyu park ərazisində faytonla gəzinti təmin ediləcək. Həmçinin Qızılağacda yaradılmış yeni turizm marşrutunun təqdimatı və bu marşrut üzrə ilk dəfə “Quş bazarı”na qayıqlarla gəzintinin təşkili də festivala xüsusi rəng qatacaq.

Festivalda kvadrasiklların yarışı, ekstremal şəraitdə sağ qalmaq metodlarının əyani icrası və ilanlarla davranış qaydaları nümayiş olunacaq.

Flaminqo konseptinə (rənglər, dizayn və s.) uyğun təşkil edilən festivalda yerli suvenirlərin və əl işlərinin satış yarmarkası da olacaq.