2021-ci il ərzində Qobustan rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı 14,5% artıb. Bu barədə Rayon Statistika Idarəsinə istinadən 26 yanvar tarixində Azərtac məlumat verib.
Məlumata əsasən, ümumiyyətlə, 95,2 milyon manatlıq məhsul istehsal edilib. İstehsal edilən məhsulun 34,4 milyon manatı bitkiçilik, 60,8 milyon manatı isə heyvandarlıq sahəsinin payına düşüb. Bitkiçilik sahəsində artım 9,4 milyon manat, heyvandarlıq sahəsində isə 2,6 milyon manat təşkil edib.