TÖVSİYƏ XƏBƏRLƏR

Qubad İbadoğlunun həbs müddəti uzadılıb

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində seçilmiş qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb. Bu barədə 16 noyabr tarixində Report məlumat verib.

Qeyd edək ki, Q.İbadoğlu “saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə” və “dini ekstremist materialları hazırlama, saxlama və ya yayma” maddələri ilə ittiham olunur.

Xatırladaq ki, bu ilin iyul ayında Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilmişdi.

Məsələ ilə bağlı deputat Vüqar Bayramov onun qardaşı olan Qubad İbadoğlunun həbsinə münasibət bildirmişdir.