TÖVSİYƏ XƏBƏRLƏR

Qubada 15 yaşlı qız dəm qazından ölüb

Quba rayonunda 15 yaşlı qız dəm qazından zəhərlənərək ölüb. Bu barədə 30 oktyabr tarixində Report məlumat verib.

Hadisə rayonun Nügədi kəndində qeydə alınıb.

Belə ki, Siyəzən rayon sakini, 2008-ci il təvəllüdlü Gülbacı Gülağa qızı Əskərova rayonun Nügədi kəndində kirayə qaldıqları Rəşadət Novruzovaya məxsus evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.