Sentyabrın 10-u axşam saatlarında Quba rayonunun Alekseyevka kəndi ərazisində “Mersedes”, “Vaz-2107” və “Niva” markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qubada 3 avtomobil toqquşub 22:04
Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA 10 sentyabr tarixində xəbər verib.
Quba-Xaçmaz yolunun Alakseyevka kəndi ərazisində üç avtomobil toqquşub. Qəzadan sonra avtomobillərdən biri alışıb.
İlkin məlumata görə, iki nəfər dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.