TÖVSİYƏ XƏBƏRLƏR

Qubada 46 nəfər narkotikə görə saxlanılıb

Quba polisi son 3 ayda narkotiklərlə bağlı keçirdiyi əməliyyatlar zamanı 70 fakt üzrə narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi, satışı, narkotik tərkibli bitkilərin kultivasiyası və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan ümumilikdə 46 nəfər saxlanılıb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinə istinadən bu gün, 2 sentyabr tarixində məlumat verir.

Qanunsuz dövriyyədən ümumilikdə 11 kiloqrama yaxın marixuana, 5 kiloqrama yaxın heroin, psixotrop maddə metamfetamin və metadon həbləri, yaş halda çəkisi 37 kiloqram çəkidə 95 ədəd çətənə kolu çıxarılıb.

Rayonun müxtəlif ərazilərində keçirilən əməliyyat nəzarət-profilaktiki tədbirləri nəticəsində yabanı halda bitən 8 ton 11.455 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Faktlarla bağlı müvafiq araşdırmalar aparılır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx