Qubada 35 yaşlı kişi qətlə yetirilib. Bu barədə mayın 2-də Report məlumat yayıb.
Məlumata görə, mayın 2-si saat 19 radələrində 1987-ci il təvəllüdlü Sərraf Vahabovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Məlum olub ki, zərərçəkmişi atası 1957-ci il təvəllüdlü Nüsrət Vahabov şəxsi mübahisə zamanı ürək nahiyəsindən bıçaqla vuraraq qəsdən öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” maddəsilə cinayət işi başlanıb.