TÖVSİYƏ XƏBƏRLƏR

Qubada qanunsuz dövriyyədən 35 kiloqram narkotik vasitə çıxarılıb

Quba rayonunda qanunsuz dövriyyədən 35 kiloqram narkotik vasitə çıxarılıb. Bu barədə 7 sentyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.

Rayonun Barlı kənd sakini Rafiq Mirişov şübhəli şəxs kimi saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətyanı sahəsindən R.Mirişov tərəfindən xüsusi aqrotexniki qulluq göstərməklə yetişdirilən, ümumi çəkisi 35 kiloqramdan artıq quru və yaş halda çətənə (kannabis) kolları aşkar edilib. Aşkar edilən narkotik tərkibli bitkilər kökündən çıxarılaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, R.Mirişovun barəsində həbs qətimkan tədbiri seçilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx