TÖVSİYƏ XƏBƏRLƏR

Qubadlıda batan avtomobildə qalmış şəxslərə köməklik göstərilib

Qubadlı rayonunun Məlikməmmədli kəndi ərazisində vətəndaşlar avtomobildə köməksiz vəziyyətdə qalıblar. Bu barədə İnsanoid qurumun mətbuat xidmətinə istinadən bu gün, 3 iyun tarixində məlumat verir.

Hadisə yerinə dərhal FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.

“Hyundai” markalı minik avtomobili torpaq yolda hərəkətdə olarkən batıb və iki nəfər köməksiz vəziyyətdə qalıb.

Avtomobil xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla çıxarılaraq vətəndaşlara müvafiq köməklik göstərilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx