Qubadlı rayonunda silah-sursat aşkar edilib. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, noyabrın 3-də məlumat verir.
Rayonun Mahmudlu kəndi ərazisində yerləşən yarımtikilidən 1 qumbaraatan, 1 avtomat, 5 qumbara, patronlar və digər sursatlar aşkar olunaraq, müvafiq qaydada götürülüb.
Faktla bağlı araşdırma aparılır.