TÖVSİYƏ XƏBƏRLƏR

Qubadlının azad olunmasından 3 il keçir

31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Qubadlı 25 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən azad edilmişdir.

Həmin gün Azərbaycan Ordusu Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərini də azad etmişdir. Bundan əlavə, oktyabrın 25-də Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri və Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndləri işğaldan azad olunmuşdur.

26 noyabr 2020-ci ildə “Qubadlının azad olunmasına görə” medalı təsis edilib. Həmin ilin 23 dekabr tarixində Qubadlıda Azərbaycan Bayrağı ucaldılıb.