“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun karyerasından bəhs edən film çəkilib. Bu barədə 15 noyabr tarixində APA məlumat verib.
Bu film Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istehsal olunub.
“Stadionlar səssiz olanda” adlanan filmin təqdimatı yaxın müddətdə gerçəkləşəcək. Burada Qurbanovun 20-ci əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası, həmçinin Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti əks olunub.
Film noyabrın 30-dan etibarən bütün kinoteatrlarda nümayiş olunacaq.