“Kənddən Şəhərə” layihəsi çərçivəsində Bakı və Sumqayıtda Qurban bayramı ilə əlaqədar qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq. Bu haqda iyulun 5-də Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Satışlar qurbanliq.kendden.az elektron portalı vasitəsilə həyata keçiriləcək.
Onlayn sifariş vermək üçün vətəndaşlar 5 iyul 18:00-dan 8 iyul 18:00-dək sayta daxil olaraq satış məntəqələri üçün onlayn növbə götürə bilərlər. Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən portal üzərindən, məbləğin qalan hissəsini isə satış məntəqəsindən qurbanlığı əldə etdikləri zaman ödəyəcəklər.
Sifariş qəbul olunduqdan sonra vətəndaşa SMS-bildiriş göndəriləcək. Qurbanlıq götürülən zaman bu təsdiq bildirişi göstərilməlidir.
Satış məntəqələrinin ünvanları:
- Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 52C
- Nərimanov rayonu, Əlyar Əliyev küçəsi, 26
- Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan yolu 22
- Səbail rayonu, Gülbala Əliyev küçəsi, 20
- Xətai rayonu, İnqilab İsmayılov küçəsi (5 saylı binanın arxası)
- Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 196 (“İnşaatçılar metro stansiyasının yaxınlığı)
- Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi, 110H
- Sumqayıt şəhəri, Çerkassı küçəsi, 53-cü məhəllə.