Quru Qoşunlarının hərbi hissə və birləşmələri arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib. Bu barədə İnsanoid Müdafiə Nazirliyinə istinadən bu gün, 17 mart tarixində xəbər verir.
Birincilik uğrunda 24 hərbi qulluqçu 8 komanda üzrə mübarizə aparıb.
2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq, keçirilən yarışda hərbi qulluqçular atış, qumbaraatma və 3 kilometr məsafəsinə kros qaçışı üzrə güclərini sınayıblar.
Nəticələrə əsasən, “Hadrut”, “Bərdə” və “Kəlbəcər” komandaları müvafiq olaraq, birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıblar. Yekunda qaliblər diplom, kubok və medallarla mükafatlandırılıblar.
Qaliblər cari ilin aprel ayında Azərbaycan Ordusu üzrə keçiriləcək kros birinciliyində güclərini sınayacaqlar.
