TÖVSİYƏ XƏBƏRLƏR

Qusarda azyaşlını avtomobil vurub

Qusar rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Report 24 sentyabr tarixində xəbər verib.

Yolu keçən 12 yaşlı Əli Məmmədlini avtomobil vurub.

Bakıda yerləşən xəstəxanaların birinə gətirilən yaralıya açıq kəllə-beyin travması, bədənin çoxsaylı sınıqları və əzikləri diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır