2-3 oktyabr tarixlərində şahmat üzrə Champions Chess Tour turnirinin 7-ci və 8-ci turunun qarşılaşmaları keçirilib.
7-ci turda Rəcəbov dünya çempionu Maqnus Karlsena 3:1 hesabı ilə, Məmmədyarov isə Aniş Giriyə 2,5:0,5 hesabı ilə qalib qəlib.
8-ci turda isə Rəcəbovla Məmmədyarov qarşılaşıb və Teymur 2,5:1,5 hesabı ilə Şəhriyara qalib gəlib.
Turnirin sonuncu mərhələsi bugün, 4 oktyabr tarixində keçiriləcək. Rəcəbov Vaşye-Laqrava qarşı, Məmmədyarov isə Aronyanla qarşılaşacaq.
Ardıcıl 5-ci qələbəsini qazanan Teymur 24 xal toplayaraq turnir cədvəlində 2-ci yerə yüksəlib, Məmmədyarovun hesabında 9,5 xalı var və sonuncu yerdədir.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.