Şahmat üzrə Champions Chess Tour turnirində azərbaycanlı şahmatçılar Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov dördüncü turda qələbə qazanıblar.
Rəcəbov Dudaya, Məmmədyarov isə Vaşye-Laqrava 2,5:1,5 xalla qalib gəlib.
Bugün, sentyabrın 29-da keçiriləcək 5-ci turda Rəcəbov Aronyanla, Məmmədyarov isə Artemyevlə qarşılaşacaq.
Dörd turdan sonra Rəcəbovun 12, Məmmədyarovun isə 5,5 xalı var.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.