Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun iştirakı ilə keçən şahmat üzrə Champions Chess Tour turnirində 1 oktyabrda 6-cı turun oyunları keçirilib.
Rəcəbov ABŞ-dan olan Uesli Soya 3-1 hesabı ilə qalib qəlib, Məmmədyarov isə ABŞ-ın digər təmsilçisi Nakamuraya 3:4 hesabı ilə məğlub olub.
Bugün, oktyabrın 2-də keçiriləcək 7-ci turda Rəcəbovun rəqibi dünya çempionu Maqnus Karlsen olacaq. Məmmədyarov isə Aniş Giri ilə qarşılaşacaq.
Altı turdan sonra Rəcəbov turnirdə 18 xalla 3-cü, Məmmədyarov isə 6,5 xalla sonuncu yerdədir.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.