Rüstəm Muradov Qarabağda xidmətini başa vurub

General-leytenant Rüstəm Muradov Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsini başa vurub. Bu haqda Sputnik Armeniya sentyabrın 6-da məlumat yayıb.

Rüstəm Muradov Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb və onunla Qarabağdakı sülhməramlı missiyanın gedişini, Azərbaycanla sərhəddə olan vəziyyəti müzakirə edib.

Sülhməramlı missiyanın yeni rəhbərinin adı hələ bilinmir, lakin cari ilin may ayında bu vəzifəni Aleksey Avdeyevin icra edəcəyi barədə xəbərlər yayılmışdı.

General Muradov 2020-ci il noyabrın 10-dan Dağlıq Qarabağ və Laçın dəhlizi bölgəsində yerləşən Rusiya Ordusunun sülhməramlı missiyanın rəhbəri təyin olunub.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Rüstəm Muradov Qarabağda xidmətini başa vurub”

Tövsiyə xəbərlər