Çörəyin qiymətinin artması nə ilə bağlıdır?

Sentyabrın 14-dən bəzi zavodların istehsal etdiyi çörəklərin qiymətlərində artım olub. Mövzu barədə 17 sentyabr tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a danışıb.

Mütəxəssisin sözlərinə görə, çörəyin qiymətinin artması ölkədə istehsalın daxili resurslar üzərində qurulmaması və idxaldan asılı olması ilə bağlıdır. O bildirib ki, buna səbəb Azərbaycanda taxıl istehsalının lazımi səviyyədə inkişaf etməməsidir.

“Faktiki olaraq çörək istehsalçılarının xərclərinin yüksək olması qiymət artımını şərtləndirir və onlar ya qiymət artırırlar ya da çörəyin çəkisinin azaldılmasına gedirlər”, – deyə Elşad Məmmədov bildirib.

Azərbaycanda 14 sentyabr tarixindən “Çörəkçi” və “Nömrə 1” zavodlarında istehsal olunan çörəklərin qiymətlərində artım olub. Çörək növlərindən asılı olaraq, qiymət 5-10 qəpik çoxalıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Çörəyin qiymətinin artması nə ilə bağlıdır?”

Tövsiyə xəbərlər