Türkiyənin ölkə başçısı Ərdoğan türk dövlətlərinə ortaq əlifba təklif edib. Bu barədə İnsanoid Türkiyə mediasına istinadən bu gün, 4 noyabr tarixində xəbər verib.
Prezident Ərdoğan Qazaxıstanda Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında:
“Birliyimizi gücləndirmək üçün dil birliyi vacibdir”, – deyib.
O əlavə edib: “Müsəlman, xristian və ya yəhudidən asılı olmayaraq, hər kəsin təhlükəsizliyini təmin edəcək yeni mexanizmlər üzərində işləyirik”.
Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 10-cu Zirvə Toplantısı keçirilib. Qazaxıstanın ev sahibliyi ilə “Türk Dövrü” mövzusunda Akorda Prezident sarayında keçirilən sammitdə İlham Əliyev, Türkiyənin ölkə başçısı Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım Comart Tokayev, Özbəkistan Prezidenti Şevkət Mirziyoyev və Qırğızıstan Prezidenti Sadır Çaparov iştirak ediblər.