Flash Xəbərlər

Flash Xəbərlər

TÖVSİYƏ XƏBƏRLƏR

Radioelektron vasitələrin icazəsiz quraşdırılmasına görə cərimələr müəyyənləşib

Müvafiq icazə olmadan radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsi üçün yeni cərimələr müəyyənləşib. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Fərmanla təsdiq olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanunda əksini tapıb.

Bu barədə 4 fevral tarixində APA məlumat verib.

Dəyişikliyə əsasən, radiotezliklərin ayrılması haqqında qərar olmadan radiotezliklərdən istifadə etməklə radioelektron vasitələrin layihələndirilməsinə, quraşdırılmasına və istismar edilməsinə, habelə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılmasına və istismar edilməsinə görə inzibati xətanın törədilməsində istifadə olunan radioelektron vasitə müsadirə edilməklə və ya müsadirə edilməməklə fiziki şəxslər 550 manat məbləğdə, vəzifəli şəxslər 1 500 manat məbləğdə, hüquqi şəxslər 3 000 manat məbləğdə cərimə ediləcək.

Yuxarıda qeyd edilmiş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 800 manat məbləğdə, vəzifəli şəxslər 2 000 manat məbləğdə, hüquqi şəxslər 4 000 manat məbləğdə cərimə ediləcək.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx