TÖVSİYƏ XƏBƏRLƏR

Rahat supermarketdə toyuq məhsullarının saxlanma rejimi pozulub

Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Rahat” supermarketdə yoxlama zamanı toyuq məhsullarının saxlanma rejiminə riayət olunmadığı müəyyən edilib. Bu haqda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sentyabrın 11-də məlumat verib.

AQTA-ın nümayəndələrinin araşdırması nəticəsində məlum olub ki, məhsulun saxlanma rejimi +2° C olsa da,  ticarət şəbəkəsinin vitrinlərində məhsullar +12° C temperaturda saxlanılıb.

Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.