TÖVSİYƏ XƏBƏRLƏR

Ramazan ayı: orucumuzu açmaq üçün hansı restorana gedək?

Aprelin 2-dən Azərbaycanda Ramazan ayı başlayıb. Bununla bağlı ölkənin bir sıra kafe və restoranları oruc tutan müştəriləri üçün imsak və iftar menyusu təklif edirlər. İnsanoid 10 restoranın iftar menyusunun qiymətlərini müqayisə edib:

Gunaydin.baku müştərilərinə Ramazan ayında özəl menyu təklif edir. Burada bir nəfər üçün qiymət 80 manatdır. Qeyd edək ki, iftar menyusunun əvəzinə ziyarətçilər sərbəst menyu da seçə bilərlər.

Ozsut_baku ziyarətçilərinə imsak və iftar menyuları təqdim edir. Bu menyulardan yalnız Özsüt-ün Atatürk parkı filialında yararlanmaq olar. Belə ki, iftar menyuları bir nəfər üçün 24, 28 və 30 manat təşkil edir. İmsak menyusu isə saat 02:30-dan etibarən açıq bufet şəklində olur və bir nəfər üçün 15 manatdır. Bu xidmətdən 7 yaşadək olan müştərilər ödənişsiz, 8-12 yaşlı müştərilər isə 50% endirimlə istifadə edə bilərlər.

Taksimkebap restoranında iftar menyusu bütün filiallarında verilir. Bir nəfər üçün qiymət isə 30 manat təşkil edir. Müştərilərə gəlmədən öncə rezerv etmək tövsiyə olunur.

Ramazan ayında oruc açmaq üçün digər bir seçim isə museuminnbaku ola bilər. Bir nəfərlik menyunun qiyməti 26 manatdır.

Meatgardenbaku öz ziyarətçilərinə 25 manatlıq iftar menyusu təklif edir.

East_town adlı məkanda oruc açmaq istəyən şəxslər 20 manat ödəniş etməlidirlər. Burada həftənin hər günü üçün fərqli yemək çeşidləri təqdim olunur.

Laterraccebaku-da isə iftar menyusunun bir nəfər üçün qiyməti 18 manatdır.

Laterraccebaku1
Laterraccebaku2
51665
54646
44654
6654645
4541
Laterraccebaku1 Laterraccebaku2 51665 54646 44654 6654645 4541

Koloritkafe ziyarətçilərə həm imsak, həm iftar menyusu təklif edir. Menyuların qiymətləri müvafiq olaraq 9,9016 manat təşkil edir. Qeyd edək ki, kafenin Nizami, Xırdalan və İnşaatçılar filialı 24 saat fəaliyyət göstərir.

Comeinbaku-da iftar menyusu bir nəfər üçün 15 manatdır. Menyuya desert əlavə edildikdə isə qiymət 18 manat təşkil edir.

Fəvvarələr Meydanında yerləşən dolma.restaurant-da oruc açmaq üçün 15 manat ödəmək lazımdır.