Müqaviləsi başa çatan Ramil Şeydayev “Qarabağ”dan ayrılıb. Bu barədə 29 may tarixində “Qafqazinfo” məlumat verib.
Komandanın baş məşqçisi Qurban Qurbanov bildirib ki, Şeydayev növbəti mövsümdən Ağdam klubunun sıralarında olmayacaq: “Ramillə vidalaşdıq. Nə o, bizdən ayrılmaq istəyirdi, nə biz ondan. Amma futbol belədir. Görüşüb sağollaşdıq. Ramil karyerasına başqa ölkədə davam edəcək”.
Ötən gün mükafatlandırma mərasimində Şeydayev Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovla da vidalaşıb.
Qeyd edək ki, Ramil Şeydayevin Tailandın “Buriram Yunayted” klubuna keçəcəyi deyilir.