İran Azərbaycan sərhədində hərbi təlimlərə başlayacaq

APA-dan verilən məlumata görə, İran ordusu oktyabın 1-dən Zəngilan, Cəbrayıl və Mehri rayonları ilə sərhəddə “Xeybərin Fatehləri” adlı genişmiqyaslı hərbi təlimlərə başlayacaq.

Bu barədə İran Quru Qoşunlarının komandanı, general Kyumərs Heydəri bildirib. Onun sözlərinə görə, təlimlərdə toplar, pilotsuz uçuş təyyarələri, helikopterlər və zirehli texnikalardan istifadə olunacaq.

K. Heydəri deyib ki, hərbi təlimlərin keçirilməsində məqsəd bölgədə İran ordusunun hərbi gücünün artırılmasıdır. Təlimlər ölkənin müxtəlif bölgələrində xüsusi proqram əsasında keçirilir. Təlimlərin neçə gün davam edəcəyi qeyd olunmayıb.

Ölkə başçısı sentyabrın 27-də Türkiyənin “Anadolu” agentliyinə İranın Azərbaycanla sərhəddə keçirilən hərbi təlimlərinə münasibətini bildirmişdi: “Bu, çox təəccüblü məsələdir. Çünki 30 illik müstəqillik dövründə belə hadisələr olmamışdı. Nə üçün məhz indi? Nə üçün bizim sərhədimizdə?”.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “İran Azərbaycan sərhədində hərbi təlimlərə başlayacaq”

Tövsiyə xəbərlər