İran səfiri: Qarabağa yük daşıyan şirkətlərə xəbərdarlıq edilib

Qarabağa qanunsuz şəkildə yük daşıyan İranın özəl şirkətlərinə xəbərdarlıq edilib. Bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi sentyabrın 24-də jurnalistlərə açıqlamasında deyib.

Səfir qeyd edib ki, bu addım Azərbaycan tərəfindən rəsmi məlumatlar aldıqdan sonra atılıb.

Seyid Abbas Musəvinin sözlərinə görə, İranın yükdaşıma şirkətlərinə tapşırılıb ki, Azərbaycanın bütövlüyü və suverenliyi qorunmalıdır.

Sentyabrın 23-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb. Görüş zamanı Azərbaycanla İran arasında iqtisadi, energetika, ticarət, kənd-təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “İran səfiri: Qarabağa yük daşıyan şirkətlərə xəbərdarlıq edilib”

Tövsiyə xəbərlər