Bakıda Qaradağ rayonunun Xocasən yolunda avqustun 20-də “Mercedes-Benz S 600” markalı avtomobilin sərnişini şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına narkotik satarkən saxlanılıb. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.
Saxlanılan şəxsdən İrandan qaçaqmalçılıq yolu ilə gətirilən 9 bağlamada ümumi çəkisi 8 kiloqramdan artıq tiryək aşkar olunub.
Avtomobilin sürücüsü hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma davam edir.
Daha öncə, cinayətkar qrupun digər üzvləri avqustun 4-də Bakı şəhərinin Yasamal rayonunda, avqustun 5-də isə Şirvan şəhərində saxlanılıblar.
Təqsirləndirilən şəxslər 4 ay müddətinə həbs ediliblər.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.